Zirə ilə Keşlə stadion seçimini etdi
“Zirə”nin “Keşlə”yə qarşı keçirəcəyi yoxlama oyununun hansı stadionda baş tutacağına aydınlıq gəlib. Sportlife.az xəbər verir ki, bu qarşılaşma Bakıxanov qəsəbəsində yerləşən “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında oynanılacaq.
Bu matç yanvarın 19-da keçiriləcək və saat 15:00-da start götütəcək.