"Zirə"nin qış təlim-məşq toplanışının proqramı bəlli olub
"Zirə"nin qış təlim-məşq toplanışının proqramı bəlli olub.
Sportlife.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda yanvarın 2-də bir araya gələcək. Hazırlığı Bakıda keçəcək “qartallar” toplanış müddətində iki yoxlama oyunu keçirməyi planlaşdırır.
"Zirə" yanvarın 9-da “Şamaxı”, 12-də isə “Qarabağ”la üz-üzə gələcək.