"Qarabağ"ın hazırlıq planı bəlli oldu
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Sportlife.az xəbər verir ki, son ölkə çempionu 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Misli Premyer Liqasının XVIII turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər. Komandanın hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.
Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. "Qarabağ" yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.
Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq.