"Bavariya"lı futbolçu PL klublarının "radar"ında
"Mançester Yunayted" və "Çelsi" "Bavariya"nın futbolçusu Leroy Sane ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, 28 yaşlı vingerin Münhen klubuyla müqaviləsi cari mövsümün sonunda bitir. O, sözləşməsini uzatmasa, yayda azad agent olacaq.
Sane bu sezon 19 oyunda meydanda olub və 5 qol vurub.