Amorimin yerinə gəlmişdi, ömrü uzun olmadı

  • Dünən, 22:05

"Sportinq" baş məşqçisi Joau Pereyra ilə yolları ayıracaq.

Sportlife.az "Record_Portugal" nəşrinə istinadən xəbər verir ki, Lissabon klubu gənc mütəxəssislə yola davam etməməyə qərar verib.

Pereyra noyabr ayından "Sportinq"ə başçılıq edirdi. O, "Mançester Yunayted"ə gedən Ruben Amorimi əvəz etmişdi.

Komanda onun dövründə 8 oyunda, 3 qələbə qazanıb, 4 dəfə isə məğlub olub.


Paylaş: