
Güləşçilərimiz bu gün mübarizəyə başlayacaqlar
Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yunan-Roma güləşçilərimiz bu gün mübarizəyə başlayacaqlar.
Sportlife.az xəbər verir ki, ilk olaraq 4 güləşçi çıxış edəcək.
55 kq çəki dərəcəsində gücünü sınayacaq Eldəniz Əzizli 1/8 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi yaponiyalı Tayq Onuşi olacaq.
Sənan Süleymanov (77 kq) təsnifatda Finlandiya təmsilçisi Conni Sarkkinenlə üz-üzə gələcək.
82 kq-da Rafiq Hüseynov çıxışına 1/8 finaldan başlayacaq. Onun rəqibi hələ bəlli deyil.
Beka Kandelaki (130 kq) isə 1/16 finalda gürcüstanlı Yakobi Kajaya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-dək davam edəcək.