Snayderdən Bakıya buraxılmayan güləşçiyə dəstək

  • 6 Aprel 2024, 16:56

Güləş üzrə olimpiya çempionu Kayl Snayder 2024-cü il Olimpiadasının lisenziyalı turnirinə getməyən Abdulraşid Sadulayevə dəstək mesajı göndərib.

Sportlife.az xəbər verir ki, Snayder bu barədə Rusiya Güləş Federasiyasının rəsmi saytına danışıb.

"Salam qardaş! Beynəlxalq Olimpiya Komitəsinin qərarını və yarışa qatıldmadığı öyrəndim. Çox üzgünəm. Ümid edirəm ki, BOK qərarını dəyişəcək və siz Parisdə çıxış edəcəksiniz. Əgər sizə hər hansı bir işdə kömək edə bilsəm, mənə bildirin”, - deyə Snayderin bildirib.

Aprelin 4-də Dünya Güləş Birliyinin (UWW) komissiyası ikiqat olimpiya çempionu Sadulayevi xüsusi hərbi əməliyyata verdiyi dəstəyə görə aprelin 5-dən 7-dək Bakıda keçiriləcək lisenziyalı turnirdə iştirakdan kənarlaşdırıb. Bu yarışların finalçıları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirak etmək imkanı əldə edəcəklər.


Paylaş: