Şəhriyar MƏMMƏDYAROV Moskvada ikinci yeri tutub
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin himayəsi altında keçirilən Moskva Qran-prisində ikinci yeri tutub.
Şahmat dairələrində "Şah" kimi tanınan Azərbaycan şahmatçısı yalnız son turda liderliyi çin şahmatçısı Din Lirenə verib. Moskva Qran-prisinin 4-cü turunda qələbə qazanan Ş.Məmmədyarov reytinq xallarının sayını 2801-ə çatdıran ilk Azərbaycan şahmatçısı olub.
Qeyd edək ki, Məmmədyarov hazırda çıxışını davam etdirən və belə göstəriciyə malik 5-ci şahmatçıdı.