"Sabah" cavab oyununa çıxır

  • Dünən, 10:07

Bu gün "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirəcək.

Sportlife.az xəbər verir ki, Azərbaycan kubokunun sahibi Sloveniyada "Selye" ilə üz-üzə gələcək.

İlk matçda 2:3 hesabı ilə məğlub olan Bakı təmsilçi mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıdır. Əks halda, “Sabah” mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Qeyd edək ki, cütün qalibi Avropa Liqasının II təsnifat mərhələsində AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) duelinin qalibi ilə üz-üzə gələcək. Məğlub komanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub" (Moldova) - "Birkirkara" (Malta) cütünün qalibinə rəqib olacaq.


Paylaş: