ÇL: "Qarabağ"ın oyunlarının vaxtı bilindi

  • Dünən, 15:42

"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki "Şelburn"a (İrlandiya) qarşı görüşünün vaxtı dəqiqləşib.

Sportlife.az xəbər verir ki, ilk oyun iyulun 23-də İrlandiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

"Qarabağ"ın "Şelburn"a qarşı keçirəcəyi cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Matç saat 20:00-da başlayacaq.


Paylaş: