"Sumqayıt"da tanış hücumçu

  • Dünən, 16:55

"Sumqayıt" madaqaskarlı hücumçunun transferini açıqlayıb.

Sportlife.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən ilin yayında "Səbail"dən ayrılan Aleksandr Ramalinqomu sıralarına cəlb edib.

Onunla "1+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, Ramalinqom 2023/2024 mövsümündə "Səbail"də çıxış edib.


Paylaş: