
"Araz-Naxçıvan""Trabzonspor"a qalib gəldi
Təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” “Trabzonspor”la qarşılaşıb.
Sportlife.az xəbər verir ki, Superliqa təmsilçisiylə görüş “qırmızı-ağlar”ın qələbəsi ilə yekunlaşıb – 3:2.
Hesabı Çarles Boli açıb. Fasiləyə qədər rəqib status-kvonu bərpa edib. İkinci hissədə Bəxtiyar Həsənalızadə və Slavik Alxasovla daha 2 qol vuran Naxçıvan təmsilçisi Ərzurumdakı sonuncu yoxlama matçını qələbə ilə başa vurub.
“Araz-Naxçıvan” iyulun 19-da Bakıya dönəcək və “Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.