
"Qarabağ" üçün 6 potensial rəqib
UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" klubunun III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
Sportlife.az xəbər verir ki, Azərbaycan çempionu II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" komandasını keçəcəyi təqdirdə, yenə səpələnmişlər səbətində yer alacaq.
Səpələnməmişlər səbətindəki cütlüklərdən birinin qalibi "köhlən atlar"a rəqib olacaq. III təsnifat mərhələsinin püşkatması iyulun 21-də Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək. Mümkün cütlüklərin sayı saat 10:30-da yarıbayarı azalacaq.
"Qarabağ"ın potensial rəqibləri
"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi
"Hamrun" (Malta) - "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi
"Şkendiya" (Şimali Makedoniya) - FKSB (Rumıniya) cütünün qalibi
"Lex" (Polşa) - "Breydablik" (İslandiya) cütünün qalibi
RFŞ (Latviya) - "Malmö" (İsveç) cütünün qalibi
"KuPS Kupio" (Finlandiya) - "Kayrat" (Qazaxıstan) cütünün qalibi.
Qeyd edək ki, "Qarabağ" "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü isə iyulun 30-da evdə keçirəcək.