
Bölgə klubu yeni transferini Bakıya gətirdi
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi İsaak Amoa ilə anlaşıb.
Artıq Bakıda olan legionerlə yaxın günlərdə müqavilə imzalanacaq və onun transferi ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Qanadan olan Amoa "qırmızı-qaralar"a İspaniyanın "Atletiko Sanlukenyo" klubundan keçib. Karyerası ərzində İspaniya klublarının formasını geyinən müdafiəçi Polşada "Poqon"un (Sedltse) da şərəfini qoruyub.