Bundesliqadan Çempionşipə

  • 30 İyun 2025, 15:32

"Sauthempton" "Köln"ün hücumçusu Damion Daunsun transferində maraqlıdır.

Sportlife.az xəbər verir ki, ingilislər 20 yaşlı amerikalı üçün əvvəlcə 5 milyon avro təklif ediblər. Çempionşip təmsilçisi daha sonra təklifi 8 milyon avroya yüksəldib.

Eyni zamanda, alman klubu da futbolçu ilə uzunmüddətli müqavilə imzalamaqda qərarlıdır. Tərəflər arasında danışıqlar 2024-cü ilin payızından davam edir.


Paylaş: