
"Atletiko" tanınmış futbolçunu göndərdi
"Atletiko" 35 yaşlı müdafiəçi Sezar Aspilikuetanın klubdan ayrıldığını açıqlayıb.
Sportlife.az xəbər verir ki, klub xidmətlərinə görə ispaniyalı futbolçuya təşəkkür edib:
"Sezar, "Atletiko"dakı karyeranız boyu göstərdiyiniz sədaqət və liderlik keyfiyyətlərinə görə sizə təşəkkür edirik. Gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!".
Aspilikueta “Atletiko”nun heyətində 53 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.