
Azərbaycanlı hakim dünya çempionatında
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb.
Sportlife.az xəbər verir ki, o, iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək qızlar arasında mundialın oyunlarını idarə edəcək.
24 ölkənin yığma komandasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.