
"Beşiktaş"da yeni müdafiəçi
"Benfika"nın yarımmüdafiəçisi David Yuraşek "Beşiktaş"a icarəyə verilib.
Sportlife.az xəbər verir ki, çexiyalı futbolçu ilə müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Yuraşek ötən mövsümü icarə əsasında “Hoffenhaym”da keçirib. O, Almaniya klubunda 21 oyuna 3 məhsuldar ötürmə edib.