Pokatilovla bağlı qərar verildi

  • Bu gün, 13:40

“Sabah” qapıçı Stas Pokatilovla yeni müqavilə bağlayıb.

Sportlife.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti daha 1 il uzadılıb.

Stas 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandanın heyətində ümumilikdə 19 oyun keçirib.


Paylaş: