
Ronaldu "Əl-Nəsr"lə müqaviləsini yenilədi
Əfsanəvi portuqaliyalı futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə müqaviləsini uzadıb.
Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2027-ci ilədək nəzərdə tutulub.
Ötən mövsüm "Əl Nəsr" heç bir titul əldə edə bilməyib. Komanda Səudiyyə Ərəbistanı çempionatında 70 xalla 3-cü yeri tutub.
Xatırladaq ki, Kriştianu Ronaldu "Əl Nəsr"də 2023-cü ilin yanvarından çıxış edir. Ötən mövsüm Ronaldu klubun heyətində bütün turnirlərdə 35 qol və 4 məhsuldar ötürmə müəllifi olub. İyunun 25-də Stefano Pioli komandanın baş məşqçi postundan istefa verib.