"Araz-Naxçıvan"la oyunda..."

  • Bu gün, 16:21

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris”in yeni transferi Yoannis Qianniotas keçidlə bağlı təəssüratlarını bölüşüb.

Sportlife.az xəbər verir ki, 32 yaşlı hücumçu doğma komandasına döndüyü üçün xoşbəxt olduğunu bildirib.

Qianniotas indi bütün diqqətlərini “Araz-Naxçıvan”la matçlara yönəltdiklərini söyləyib: “Evə qayıdıram, bu özü hər şeyi deyir. Futbolçu kimi böyüdüyüm komandaya döndüyüm üçün çox xoşbəxtəm. Bu, çoxdandır arzuladığım keçid idi. Bundan sonra düşünəcəyim tək şey komandamda uğurlu çıxış edərək milliyə dönməkdir. Həm Yunanıstan çempionatında, həm də Konfrans Liqasında birlikdə hədəflərimizə nail olmağa çalışacağıq. Bunun üçün bütün gücümü səfərbər edəcəyəm. Artıq avrokubokda “Araz-Naxçıvan”la oyunun hazırlığını görürük. Azərbaycan komandası ilə matçda istədiyimiz nəticəni əldə edəcəyimizə və Konfrans Liqasında daha da irəliləyəcəyimizə inanırıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşün isə ayın 31-də səfərdə keçirəcək.


Paylaş: