
Sabiq "Neftçi"li II Liqa klubunda
"Neftçi"nin sabiq futbolçusu Kilan Lebon karyerasını Cənubi Koreyada davam etdirəcək.
Sportlife.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Çonnam Draqons" klubuna keçib
II Liqa təmsilçisi Lebonla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Lebon 2023-2025-ci illərdə "Neftçi"də oynayıb. O, daha sonra Yunanıstanın "Kalitea" klubuna keçib.