
"Bavariya" onu çox istəyir
"Bavariya" yay transfer pəncərəsində PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Bredli Barkolyanı heyətinə qatmaq istəyir.
Sportlife.az xəbər verir ki, Münhen nəhəngi 22 yaşlı fransalı ilə müqavilə imzalamaq üçün bütün imkanları araşdırır.
Barkolyanın transferi uğursuz olarsa, "Atletik"dən Niko Uilyams alternativ variant olaraq qalır. Eyni zamanda Kaoru Mitoma ("Brayton"), Rafael Leao ("Milan") və Kodi Qakpo da ("Liverpul") namizədlər arasındadır.