Dünyanın ən yaxşı futbolçusu bilindi

  • Bu gün, 10:55

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal dünyanın ən yaxşı futbolçusu seçilib.

Sportlife.az xəbər verir ki, "GiveMeSport" nəşrinin açıqladığı siyahıda ispaniyalı vinger 25 futbolçu arasında birinci yeri tutub.

Reytinq ardıcıl yüksək nəticələr və universal tanınma kimi meyarlar nəzərə alınmaqla tərtib edilib.

Siyahıda ikinci yeri PSJ-nin hücumçusu Usman Dembele, üçüncü yeri isə “Liverpul”un futbolçusu Məhəmməd Salah tutub. İlk "10-luğ"a həmçinin Kilian Mbappe ("Real"), Rafinya ("Barselona"), Harri Keyn ("Bavariya"), Robert Levandovski ("Barselona"), Vinisius Junior ("Real"), Pedri ("Barselona") və Cud Bellinqem ("Real") daxildir.

PSJ-nin cinah oyunçusu gürcüstanlı Xviça Kvaratsxeliya 24-cü olub.


Paylaş: