Dyökereş təklifi rədd etdi

  • Dünən, 16:17

İsveç millisinin hücumçusu Viktor Dyökereş İngiltərənin "Mançester Yunayted" klubunun təklifi ilə razılaşmayıb.

Sportlife.az "Record" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun agentləri artıq onun qərarı ilə bağlı “qırmızı şeytanlar”ın nümayəndələrini xəbərdar ediblər.

Daha əvvəl Premyer Liqa təmsilçisinin "Sportinq"in (Portuqaliya) hücumçusu üçün 71,4 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Onunla Avropanın bir sıra aparıcı klubları da maraqlanır.

Qeyd edək ki, Viktor Dyökereş başa çatan mövsümdə Portuqaliya çempionatını 39 qolla başa vurub. O, ardıcıl ikinci dəfə yarışın bombardiri olub.


Paylaş: