
"Neftçi" finalda uduzdu
AFFA U-13 Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.
Sportlife.az xəbər verir ki, Bayıl stadionunda 3-cü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc görüşündə “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanan “Ulduz” komandası çempionatı 3-cü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Sabah” və “Neftçi“ komandaları üz-üzə gəliblər. Rəqibini 4:3 hesabı ilə məğlub edən “Sabah” çempion olub. “Neftçi” isə gümüş medallar əldə edib.
Oyunlardan sonra “Ulduz” bürünc, “Neftçi” gümüş medalla, “Sabah” qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. U-8 Liqasında “Göztəpə Bakı”dan Fateh Əliyev, U-9 Liqasında “Flaqman”dan Yusif Mustafalı, U-13 Liqasında isə “Neftçi”dən Əkbər Nağıyev feyr-pley mükafatçısı seçilib.
Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.