
Mövsümün sonunda "Qalatasaray"a qayıdacaq
"Fiorentina" "Qalatasaray"dan icarəyə götürdüyü Nikolo Zaniolonu transfer etməyəcək.
Sportlife.az xəbər verir ki, italiyalı futbolçu yay transfer pəncərəsində Türkiyə klubuna qayıdacaq.
İddiaya görə, Florensiya təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin çıxışından narazıdır. O, fevraldan bu yana İtlaiya klubunda 12 oyun keçirib, və qol vura bilməyib.
Zaniolo mövsümün ilk yarısını icarə əsasında "Atalanta"da keçirib.