"Göyün 7-ci qatındayam"

  • Dünən, 16:52

"Gözəl mövsüm oldu. Artıq bitdiyinə inana bilmirəm".

Sportlife.az xəbər verir ki, bu sözləri Azərbaycan voleybolçusu Polina Rəhimova sosial şəbəkədəki səhifəsində yazıb.

Millimizin hücumçusu Braziliyanın "Osasko" klubunda keçiridiyi mövsümü dəyərləndirib: "Mövsüm emosiyalar, pozitivlik və mənim üçün ən gözlənilməz sonluqla zəngin idi. Arzum gerçəkləşdiyi üçün göyün 7-ci qatındayam. Biz buna nail olduq - hər üç kubok bizimdir! Bu yolda yanımda olan, dəstək verən və inanan hər kəsə çox minnətdaram. Səhifəni çevirmək və bu macəranın növbəti fəslinə keçmək vaxtıdır. Yola davam!"

Qeyd edək ki, Rəhimova növbəti mövsümü “Panionis”də keçirəcək.


Paylaş: