Pedri UEFA-ya çağırış etdi

  • Dünən, 16:33

"Barselona"nın yarımmüdafiəçisi Pedri Çempionlar Liqasının yarımfinal mərhələsində "İnter"lə cavab oyununda (3:4) baş hakim Şimon Marçiniakın işini qiymətləndirib.

Sportlife.az xəbər verir ki, futbolçu polşalı referini sərt şəkildə tənqid edib:

"Bu, "Barselona" ilə hakim arasında ilk belə hal deyil. UEFA bunu həll etməlidir. Anlamadığım şeylər var və onları izah etmək çətindir. Bütün epizodlarda qərarları rəqibin xeyrinə verdi. Yamala qarşı kobudluqdan sonra Mxitaryana sarı vərəqə vermədi".

Qeyd edək ki, Çempionlar Liqasının finalında "İnter" PSJ - "Arsenal" cütünün qalibi ilə qarşılaşacaq.


Paylaş: