
Paytaxt klubunda ciddi itki
Moskvanın "Dinamo"sunun müdafiəçisi Dieqo Laksalt mövsümün sonunadək sıradan çıxıb.
Sportlife.az xəbər verir ki, futbolçunun sağ budunda zədə aşkarlanıb. Təxmini sağalma müddəti 4-6 həftədir.
Uruqvaylı oyunçu bu mövsüm bütün turnirlərdə 18 görüş keçirib.
“Dinamo” sona üç tur qalmış Premyer Liqada 5-ci yerdədir.