"Zirə"yə xəbərdarlıq edildi

  • Dünən, 13:10

AFFA “Zirə”yə xəbərdarlıq edib.

Sportlife.az xəbər verir ki, buna U-15 Liqasında keçirilən “Neftçi” – “Zirə” oyunu bitdikdən sonra baş verənlər səbəb olub.

“Zirə”nin baş məşqçisi Natiq Kərimi meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılıb. Buna görə də çalışdırıcı 2 oyun cəzalanıb.

“Zirə”nin azarkeşləri hakimlərin üzərinə hücum çəkib, onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. Buna görə qəsəbə təmsilçisinə xəbərdarlıq edilib.


Paylaş: