
"Real"da ilk ayrılıq
Lukas Vaskes mövsümün sonunda "Real Madrid"dən ayrılacaq.
Sportlife.az xəbər verir ki, "kral klubu" ispaniyalı müdafiəçi ilə əməkdaşlığı davam etdirməkdə maraqlı deyil.
Buna görə də 33 yaşlı oyunçunun müqaviləsi uzadılmayacaq.
Qeyd edək ki, Vaskes bu mövsüm "Real"da 47 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə verib.