
"Çempionlar Liqasında tarix yazdıq"
PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi komandasının Çempionlar Liqasının finalına yüksəlməsi ilə bağlı təəssüratlarını bölüşüb.
Sportlife.az xəbər verir ki, o, çox xoşbəxt olduğunu bildirib:
"Qrup mərhələsinin bitməsinə 3 oyun qalmış, pley-off mərhələsini əldən verə biləcəyimiz vaxt finala çıxacağımızı söyləsəydilər, bəlkə də bizə gülərdilər. Amma mən həmişə oyunçularıma, məşqçimə, heyətə güvənirdim. Hiss edirdim ki, bu mövsüm xüsusi bir şey var, meydanda və kənarda hamı bir-biri üçün mübarizə aparır.
Münhendəki final haqqında danışanda tüklərim biz-biz olur. Bu mərhələyə çatmaq çox çətin idi. Mən oyunçularla həqiqətən fəxr edirəm. Məncə, Çempionlar Liqasının finalına yüksələn ən gənc komandayıq. Bu mənada tarix yazdıq. Amma qarşıda bizi hələ iki çox vacib oyun gözləyir - Çempionlar Liqasının finalı və Fransa Kuboku. Hər şey əla olacaq”.