"Tottenhem"də ciddi itki

  • Bu gün, 12:35

"Tottenhem"in baş məşqçisi Ange Postekoqlu Avropa Liqasının yarımfinalında "Budyo Qlimt"lə cavab oyunu öncəsi yarımmüdafiəçi Ceyms Meddisonun zədəsi haqda danışıb.

Sportlife.az xəbər verir ki, avstraliyalı mütəxəssis futbolçunun mövsümün qalan hissəsini buraxacağını bildirib.

Baş məşqçi futbolçunun buna görə çox məyus olduğunu bildirib.

Qeyd edək ki, Meddison Norveçdəki ilk oyunda zədələnmişdi.


Paylaş: