Xavi Ançelottinin müdafiəsinə qalxdı

  • Bu gün, 17:11

"Barselona"nın keçmiş baş məşqçisi Xavi "Real Madrid"in çalışdırıcısı Karlo Ançelottinin hədsiz tənqidini ədalətsiz adlandırıb.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis ölkəsində futbolun uzunmüddətli inkişafdan çox ani nəticələrə kökləndiyini bildirib:

"Ançelotti 10 ildə 30 titul qazanıb və heç nəyə nail olmayıbmış kimi tənqid olunur. Ernesto Valverdenin dəqiq qeyd etdiyi kimi, əgər Ançelotti hücuma məruz qalırsa, o zaman bizdən nə gözləmək olar? İspaniyada təzyiq böyükdür, xüsusən də "Barselona" və "Real Madrid"də".

Daha əvvəl "Real Madrid"in La Liqanın XXXV turunda "Barselona" ilə oyundan sonra Ançelottinin istefasını açıqlayacağı bildirilib. Qarşılaşma mayın 11-də keçiriləcək.


Paylaş: