"Liverpul" Arnolda əvəzləyici tapdı

  • Bu gün, 18:09

"Bayer"in müdafiəçisi Ceremi Frimponq "Liverpul"un gələn yay üçün əsas transfer hədəfinə çevrilib.

Sportlife.az xəbər verir ki, bu, Trent Aleksander-Arnoldun mövsümün sonunda İngiltərə klubunu tərk edəcəyini açıqlamasından sonra baş verib.

"Bayer" niderlandlı oyunçunu 30 milyon funt-sterlinqə buraxmağa hazırdır. Lakin "Liverpul"a görə, bu məbləğin bazar dəyərindən yüksəkdir. Transferdə "Mançester Siti" və "Seltik" də maraqlıdır.

Bu mövsüm 24 yaşlı Frimponq bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun "Bayer"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.


Paylaş: