
Çempionlar Liqasında ilk qol
Çempionlar Liqasının yarımfinal mərhələsinin "Arsenal"la cavab oyununda vurduğu qol PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis üçün əlamətdar olub.
Sportlife.az xəbər verir ki, bu, ispaniyalı futbolçunun turnirdə ilk qolu olub. Maraqlıdır ki, yarımmüdafiəçinin ÇL-də ilk qolu 46-cı matçına təsadüf edib.
Ruis 2022-ci ildən parislilərin formasını geyinir.