Venger: "PSJ hər iki oyunda üstün oynadı"

  • Bu gün, 18:53

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger London klubunun Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-yə məğlubiyyətini (0:1, 1:2) şərh edib.

Sportlife.az xəbər verir ki, fransalı mütəxəssis Paris təmsilçisinin hər iki qarşılaşmada "topçular"dan daha yaxşı oynadığını bildirib:

"Onların daha çox şansları oldu, heç vaxt real təhlükə ilə üzləşmədilər. Biz meydanda topa sahib olmaq və parlaq futbol göstərmək istəyən deyil, daha çox qol buraxmağa çalışan PSJ gördük.

Bu komanda Çempionlar Liqasını qazanmağa yaxındır. Bu, klub və Luis Enrike üçün əla nailiyyət olardı".

PSJ Çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq. Həlledici qarşılaşma mayın 31-də Münhendəki "Alyans Arena"da keçiriləcək.


Paylaş: