
"Zenit"dən futbolçumuza yeni təklif
Rusiyanın qadın futbolçulardan ibarət “Zenit” klubu Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.
Sportlife.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında 23 yaşlı müdafiəçinin özü deyib.
O, Santk-Peterburq təmsilçisindən yeni sözləşmə təklifi aldığını, lakin bu barədə qərar verməyə tələsmədiyini söyləyib. Yığma üzvü daha sərfəli təkliflər olacağı halda, dəyərləndirə biləcəyini bildirib.
Qeyd edək ki, Nigar Mirzəliyevanın “Zenit”lə hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayında başa çatacaq.