İlk rəqiblər bəlli oldu

  • Bu gün, 14:30

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Sportlife.az xəbər verir ki, püşkün nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

İlk görüşlərdə Könül Əliyeva (48 kiloqram) Kyonxa Lini (Cənubi Koreya), Gültac Məmmədəliyeva (52 kiloqram) Lea Beresi (Fransa), Fidan Əlizadə (57 kiloqram) isə Medine Orazniyazovanı (Türkmənistan) sınağa çəkəcək. Hər üç idmançımız mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

Qeyd edək ki, Azərbaycanın 3 çəki dərəcəsində 3 idmançı ilə təmsil olunduğu yarışa mayın 9-da Bakı vaxtı ilə saat 09:00-da start veriləcək.


Paylaş: