PSJ-nin 3 azarkeşi xəstəxanalıq oldu

  • Bu gün, 10:50

PSJ azarkeşləri komandalarının Çempionlar Liqasının finalına vəsiqə qazanmasını qeyd edərkən Yelisey meydanında naməlum şəraitdə avtomobil piyadaların üstünə çıxıb.

Sportlife.az xəbər verir ki, hadisə nəticəsində azı üç nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Polis isə təzyiqli su və gözyaşardıcı qazdan istifadə edərək azarkeşləri dağıtmağa çalışıb.


Paylaş: