
MY "Barsa"ya rəqib oldu
"Fiorentina"nın hücumçusu Moyze Kin karyerasını İngiltərədə davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 25 yaşlı forvard "Mançester Yunayted"in diqqət mərkəzinə düşüb. Daha əvvəl "Barselona"nın da futbolçu ilə maraqlandığı bildirilirdi.
Moyze Kin bu mövsüm 41 oyun keçirib, 23 qol vurub və 3 məhsuldar ötürmə edib.