
"Barsa" 10 ildir final görmür
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "İnter"ə 3:4 hesabı ilə məğlub olan "Barselona" turnirdəki iştirakını başa vurub.
Sportlife.az xəbər verir ki, Kataloniya klubu ardıcıl 10-cu mövsüm ÇL finalından kənarda qalıb.
"Barsa" sonuncu dəfə Çempionlar Liqasının finalında 2014/15 mövsümündə iştirak edib və "Yuventus"a qalib gəlib - 3:1.