
Premyer Liqa klubunda yeni müqavilə
"Nottingem Forest" baş məşqçisi Nunu Eşpiritu Santu ilə müqaviləsinin müddətini uzadıb.
Sportlife.az xəbər verir ki, portuqaliyalı mütəxəssis daha 3 mövsüm komandaya başçılıq edəcək.
51 yaşlı çalışdırıcı 2023-cü ilin dekabrından Premyer Liqa təmsilçisinin sükanı arxasındadır. Ötən mövsüm “Nottingem Forest” Premyer Liqanı 7-ci pillədə başa vurub.