
"Qarabağ"ı Avropadakı çıxışlarına görə tanıyırdım"
"Qarabağ"ı Avropadakı çıxışlarına görə tanıyırdım.
Sportlife.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Pedro Bikalyo klubun rəsmi saytına açıqlamasında deyib.
O, təklif aldıqdan və danışıqlara başlayandan sonra dərhal klubla bağlı geniş araşdırma apardığını, həmçinin daha ətraflı məlumat topladığını bildirib: “Şahidi olduğumuz mənzərə bizi çox sevindirdi. Öncədən klub barədə bu qədər məlumatlı deyildik. "Qarabağ" regionun ən böyük klubudur, ölkə daxilində ardıcıl uğurlar əldə edir, avrokuboklarda yaddaqalan nəticələrə imza atır. Bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”.
P.Bikalyo şəxsi hədəflərindən də söz açıb: “Mənim üçün yeni klub yeni çağırışdır. Komandaya tez uyğunlaşmağa və onun bir parçasına çevrilməyə çalısacağam. Çempionlar Liqası həyəcanı yaşayacağım “Qarabağ”ın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm. Burada daha da inkişaf etmək imkanından yararlanacağam. Böyük hədəfləri olan komandaya qoşulmuşam. Komandamızın yeni mövsümdə də hədəfləri eynidir. Məqsədimiz əvvəlki illərdə olduğu kimi, avrokuboklarda da uğurlu nəticələr qazanmaq və ölkəni layiqincə təmsil etməkdir. Daxili yarışlarda da liderliyimizi qorumaq üçün çalışacağıq. Azərbaycanda futbolun inkişaf etdiyini bilirəm. Həm Avropada, həm də Premyer Liqa və ölkə kubokunda güclü rəqiblərimiz olacaq. Azarkeşlərimizi növbəti titullarla sevindirmək üçün mübarizə aparacağıq".
Qeyd edək ki, braziliyalı futbolçu “Qarabağ”la 3+1 illik müqavilə imzalayıb.