Azərbaycan klubunun adı dəyişdirildi

  • Bu gün, 11:15

Azərbaycan II Liqasında çıxış edən "Haypers Quba" komandasının adı dəyişdirilib.

Sportlife.az xəbər verir ki, komanda bundan sonra "Quba" adlanacaq.

Klubun açıqlamasında bildirilib ki, bu rebrendinq, yeni başlanğıcın xəbərçisidir: "Haypers Quba" adı isə bizim üçün bir tarixdir, bir ruhdur, bir xatirədir. O adla qazanılan hər zəfər, yaşanan hər acı, atılan hər addım bizimlə qalacaq, sükutla yaşayan bir əfsanə kimi…

Amma indi "Quba" PFK adı ilə Qubanın adını daha da yüksəklərə daşımaq zamanıdır. İrəlidə bizi hələ yazılmamış hekayələr, yenilməmiş rəqiblər və qazanılmamış çempionluq gözləyir.

"Quba" Peşəkar Futbol Klubu ("Quba" PFK) – səssiz dağların, güclü ruhun komandası kimi yeni tarixlər yazmaq ümidi ilə".


Paylaş: