
"Qarabağ"da növbəti görüş
“Qarabağ”ın baş direktoru, İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, həmçinin İdarə Heyətinin digər üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci ilə görüşüblər.
Klubdan Sportlife.az-a verilən məlumata görə, tədbir qonaqların Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarəti çərçivəsində baş tutub.
Görüşdə müxtəlif mövzular müzakirə edilib, qarşılıqlı əməkdaşlıq imkanları və digər proqramların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Enes Eminoğluna “Qarabağ”ın forması hədiyyə olunub.