"Real"ın Kurtua planı

  • Dünən, 17:12

"Real" Tibo Kurtua ilə müqaviləni uzatmağı planlaşdırır.

Sportlife.az xəbər verir ki, klub artıq belçikalı qolkiper üçün müqavilənin yekun variantını hazırlayıb. Kurtua da karyerasını "Real"da davam etdirmək istəyir. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Belçikalı qolkiper 2018-ci ilin yayından "kral klubu"nun şərəfini qoruyur. O, ötən mövsüm bütün turnirlərdə 47 matçda iştirak edib və 15 görüşdə qapısını toxunulmaz saxlayıb. 


Paylaş: