
"Qarabağ"ın 2 komandası Avstriyada
"Qarabağ"ın U-10 komandası Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Trayskirşen şəhərində keçirilən "Champions Trophy 2025"də iştirak edir.
Sportlife.az xəbər verir ki, Ağdam klubu iyunun 22-dək davam edəcək turnirə 23 futbolçu ilə yollanıb.
Azərbaycan təmsilçisi nüfuzlu beynəlxalq turnirdə iki komanda ilə təmsil olunur.
"Qarabağ"ın heyəti: 1. Əli Abbasov, 2. Onur Məmmədli, 3. Mixail Şunin, 4. Mikayıl Quluzadə, 5. Rauf Əsgərzadə, 6. Furqan Hüseynov, 7. Yusif Abdizadə, 8. İbrahim Məmmədli, 9. Abdullah İsgəndərli, 10. Nihad Şükürov, 11. Hüseyn Hüseynov, 12. Məhəmməd Səfərov, 13. Murad Bağırov, 14. Əli Əliyev, 15. Amir Rza, 16. Villiam Luke Reç, 17. Eşqin Həsənov, 18. Yavuz Elma, 19. Rinat Abbaslı, 20. Cavad Əliyev, 21. Süleyman Süleymanlı, 22. Harun Rəhmanov, 23. Ayaz Bakır Bavyer.
Turnirdə "Sportinq", "Udineze", LASK, "Admira", "Hartberq", "Bravo", "Tselye", "Lokomotiva", "Çukariçki", "Voyvodina", "Dinamo" (Tbilisi) və digər tanınmış klublar mübarizə aparırlar.