Ronaldu üçün fantastik maaş

  • Bu gün, 17:47

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu "Əl-Nəsr"lə yeni müqaviləyə əsasən yüz milyonlarla avro qazanacaq.

Sportlife.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, 40 yaşlı idmançı bir mövsümdə 180-200 milyon avro qazanacaq. Məbləğə əməkhaqqı və imic hüquqlarından əldə edilən gəlir daxildir. Ronaldu həmçinin kiçik pay alaraq klubun ortaq sahibinə çevrilib. Bundan əlavə, “Əl-Nəsr”in rəhbərləri ona heyəti gücləndirəcəklərinə söz veriblər.

Ronaldu iyunun 26-da "Əl-Nəsr"lə müqavilə müddətini uzadıb. Portuqaliyalının klubla yeni müqaviləsi iki illikdir.


Paylaş: